Türkiyənin tanınmış sənətçisi Fatih Ürekin 30 yanvarda vəfat etməsi ailəsini və sənət dünyasını dərin kədərə boğub. 




Sfera.az türk mediasına istinadən xəbər verir ki, 59 yaşlı sənətçi bir müddətdir reanimasiyada həyat uğrunda mübarizə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhnə enerjisi, özünəməxsus tərzi və televiziya proqramları ilə geniş pərəstişkar kütləsi qazanan Fatih Ürekin vəfatından sonra sosial mediada onun narkotik maddə istifadə etdiyi ilə bağlı iddialar yayılıb. Bu şayiələr ictimaiyyətdə ciddi suallar doğurub.




Məsələ ilə bağlı sənətçinin müalicə olunduğu xəstəxana rəsmi açıqlama yayımlayaraq iddiaları təkzib edib. Açıqlamada bildirilib ki, Fatih Ürek 15 oktyabr 2025-ci ildə 112 Təcili Yardım qrupları tərəfindən intubasiya olunmuş vəziyyətdə xəstəxanaya gətirilib və dərhal bütün zəruri təcili və qabaqcıl həyat dəstəyi tədbirləri görülüb.


Xəstəxananın məlumatına görə, evdə ilkin müdaxilə mərhələsindən başlayaraq transfer və xəstəxanada qalma müddətində aparılan klinik qiymətləndirmələr zamanı hər hansı narkotik və ya maddə istifadəsinə dair heç bir dəlil aşkarlanmayıb. Qeyd olunub ki, sosial mediada yayılan iddialar tibbi faktlarla uyğun gəlmir və spekulyativ xarakter daşıyır.




Fidan Hacızadə

Sfera.az