2025-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “916” Çağrı Mərkəzinə daxil olan müraciətlərin statistikası vətəndaşların ən çox hansı dövlət strukturları ilə problemlər yaşadığını açıq şəkildə göstərib.




Sfera.az statistikaya əsasən xəbər verir ki, rəqəmlər sosial təminat, hüquq-mühafizə və məhkəmə sistemi ilə bağlı narazılıqların ön planda olduğunu ortaya qoyub.




Ən çox müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlarla bağlı olub. Bu qurum üzrə 2602 zəng qeydə alınıb. Ekspertlər bunu sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, əlilliyin təyini və pensiya məsələləri ilə əlaqələndiriblər.




İkinci yerdə Ədliyyə Nazirliyi qərarlaşıb. Bu qurumdan 2272 şikayət daxil olunub. Daxili İşlər Orqanları ilə bağlı şikayətlər isə 3-cü yerdədir. Qurumdan 1882 müraciət edilib.


 


Ən çox müraciət olunan digər qurumlar isə bunlardır:




TƏBİB - 760

Prokurorluq orqanları - 650

Elm və Təhsil Nazirliyi və tabeli qurumlar - 686

Məhkəmələr - 513

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 538


 


Bəsti Rəfizadə

Sfera.az