2025-ci ildə “916” Çağrı Mərkəzinə daxil olan müraciətlərin təhlili məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlərin mövcud olduğunu üzə çıxarıb.
Sfera.az bildirir ki, statistikaya görə, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 627 müraciət qeydə alınıb.
Bununla yanaşı, məhkəmə araşdırmaları ilə bağlı 343, qeyri-obyektiv təhqiqat və istintaqla bağlı isə 702 şikayət daxil olub. Vətəndaş üçün əsas problem yalnız məhkəmənin qərar çıxarması deyil, həmin qərarın vaxtında və tam icra olunmasıdır.
Statistikada yer alan digər hüquqi məzmunlu müraciətlər də narahatlıq doğurub. Belə ki, qanunsuz saxlanma ehtimalı (476), pis rəftar ehtimalı (326) və məhkəmədə süründürməçilik (54) ilə bağlı zənglər qeydə alınıb.
Bəsti Rəfizadə
Sfera.az