2025-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “916” Çağrı Mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlanıb. Statistika vətəndaşları ən çox narahat edən məsələləri açıq şəkildə ortaya qoyub. 




Sfera.az statistikaya əsasən bildirir ki, sosial rifah və gündəlik yaşayışla bağlı problemlər Çağrı Mərkəzinə daxil olan zənglər sırasında ən çox yer alan məsələlər olub. 




Statistikaya əsasən, ən çox müraciət edilən mövzu kommunal problemlər olub. Bu kateqoriya üzrə 1172 zəng qeydə alınıb. Onu cüzi fərqlə ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlər (1171) izləyir. Bu göstəricilər əhalinin sosial təminat və yaşayış xərcləri ilə bağlı artan narahatlığı ilə əlaqələndirilməlidir.




Ən çox müraciət olunan mövzular arasında həmçinin:




Müayinə və müalicə - 755 müraciət

Dövlət Yol Polisinin fəaliyyəti - 712 müraciət

Qeyri-obyektiv təhqiqat və istintaq - 702 müraciət

Məhkəmə qərarlarının icra olunmaması - 627 müraciət

Əlilliyin müəyyən edilməsi - 616 müraciət

Aliment məsələləri - 602 müraciət

Təhsil problemləri - 563 müraciət

Əmək mübahisələri - 540 müraciət yer alıb.




Bəsti Rəfizadə

Sfera.az