İsrail xarici işlər naziri Gideon Saar Ukraynanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarını alqışlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Saar X sosial şəbələsində paylaşım edib.
"Ukrayna prezidentinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək qərarını yüksək qiymətləndiririk. Bu, terrora, repressiyaya qarşı vacib, diplomatik və mənəvi qərardır”, - Saar yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdıqlarını bildirmişdi.