Yasamal rayonunda paytaxt sakinlərini maraqlandıracaq yeni işlər görülməkdədir.
Sfera.az xəbər verir ki, rayonun Cəfər Cabbarlı küçəsində yeni nişanlanma işləri həyata keçirilir. Belə ki, söhbət velosiped zolağının yaradılmasından gedir.
Qeyd edək ki, bir müddət əvvəl İnşaatçılar prospektində istifadəyə verilmiş mikromobillik zolağı artıq Cəfər Cabbarlı küçəsi ilə birləşdirilir. Yaxın günlərdə zolağın istifadəyə veriləcəyi gözlənilir.
Firuzə Əliyeva
Sfera.az