Astrologiyada özünəinam təkcə Günəş bürcü ilə deyil, Ay, yüksələn və şəxsi təcrübələrlə formalaşır. Bununla belə, bəzi bürclərin özünə şübhə, təsdiq axtarışı və daxili inamsızlıq mövzusunda daha həssas olduğunu göstərir.
Sfera.az digər bürclərə nisbətən özünə inamı az olan bürcləri təqdim edir:
Xərçəng
Xərçəng bürcü emosional təhlükəsizliyə böyük ehtiyac duyur. Ətrafındakı insanların münasibəti onun özünəinamına birbaşa təsir edir. Tənqid və soyuq davranış Xərçəngdə tez bir zamanda özünə inamsızlıq yarada bilər.
Balıqlar
Balıqlar idealist və həssas xarakteri ilə seçilir. Bu bürc reallıqla gözləntilər üst-üstə düşmədikdə özünü yetersiz hiss etməyə meyllidir. Başqalarının fikirlərini həddindən artıq ciddiyə almaq Balıqların daxili gücünü kölgədə qoya bilir.
Qız
Qız bürcü mükəmməllikçi təbiəti səbəbindən özünü tez-tez tənqid edir. Qızlar uğurlarını kifayət qədər dəyərləndirmədikləri üçün özünəinam problemi yaşaya bilirlər. Onlar üçün “yetərincə yaxşı” anlayışı demək olar ki, mövcud deyil.
Tərəzi
Tərəzilər balans və qəbul olunmaq ehtiyacı ilə yaşayır. Daim başqalarını məmnun etməyə çalışmaq Tərəzi bürcündə qərarsızlıq və özünə inamsızlıq yarada bilər. Onlar bəzən öz fikirlərini ikinci plana atırlar.
Oğlaq
Xaricdən güclü görünməsinə baxmayaraq, Oğlaq bürcü daxildən ciddi özünütənqid yaşayır. Uğur əldə etmədiyi dövrlərdə Oğlaq öz dəyərini yalnız nəticələrlə ölçdüyü üçün özünəinam itkisi yaşaya bilər.
Fidan Hacızadə
Sfera.az