Lamin Yamal "Barselona"dakı gələcəyi ilə bağlı böyük açıqlama verib.
Sfera.az xəbər verir ki, yeniyetmə ulduz “Kamp Nou”da karyerasını “əbədi” davam etdirmək və tək bir klubda oynayan futbolçu olmaq istədiyini söyləyib. Bu arzunun reallaşması üçün bütün imkanlar mövcuddur, çünki o, çox qısa müddətdə ikon statusuna yüksəlib.
Lakin Lionel Messinin nümunəsi göstərir ki, Kataloniya klubunda uzunmüddətli karyera hər kəs üçün mümkün olmaya bilər.
Niyaz Hacıyev
Sfera.az