Çin avtomobillərdə gizli qapı tutacaqlarını qadağan edən ilk ölkə olacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.


 


Məlumata görə, 1 yanvar 2027-ci il tarixindən etibarən bütün yeni modellərdə qapıların əllə açılması təmin edilməlidir. Artıq təsdiq edilmiş yeni modellər üçün avtomobil istehsalçıları 1 yanvar 2029-cu il tarixinə qədər qaydalara uyğun dizayn dəyişiklikləri etməlidirlər.


 


Bu qərar sərnişinlərin elektron nasazlıq səbəbindən ilişib qaldığı bir sıra ölümcül qəzalardan sonra qəbul edilib.