“Nyukasl” kapitanı Camal Lassellslə yollarını ayırıb.


 


Sfera.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.


 


32 yaşlı mərkəz müdafiəçisi “Lester”ə transfer olunub.


 


Lassells 2014-cü ildən “Nyukasl”da çıxış edirdi. İngiltərəli futbolçu bu mövsüm komandanın heyətində 2 oyunda meydana çıxıb.


 


Qeyd edək ki, “Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı ilk oyun fevralın 18-də Bakıda keçiriləcək. Cavab matçı isə 6 gün sonra İngiltərədə baş tutacaq.