Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıdıb.


 


Sfera.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır:


 


"Azərbaycandayam. Burada da ev sahibi oldum. Hələ torpaqdır. Bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam".


 


Günel türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqda xəbərlərə belə reaksiya verib:


 


"İbrahim Tatlısəs mənə mal varlığını verməyib. İbrahimin 6 övladı var. Mənə deyir ki, sən də övladımsan. Yeddinci övladıyam. Allah övladları ilə arasına girən şeytanı məhv etsin. Mənə balaca bir şey versə də, aldım qəbul etdim"./axsam.az