Sovet televiziya aparıcısı və Mərkəzi Televiziyanın diktoru, KVN-nin ilk aparıcısı Svetlana Jiltsova 89 yaşında vəfat etdi.


 


Sfera.az xəbər verir ki, bu haqda onun həmkarı, televiziya aparıcısı Andrey Malaxov Telegram kanalında yazıb.


 


"Bir əfsanə dünyasını dəyişdi: Svetlana Jiltsova bir dövrün səsi və siması, Mərkəzi Televiziyanın ən tanınan diktorlarından biri", - deyə o bildirib.


 


O, "Gecəniz xeyirə qalsın, balaca uşaqlar!", "Zəngli saat" və "İlin mahnısı" kimi ən yüksək reytinqli verilişlərin diktoru kimi çalışıb. Jiltsova sovet televiziya aparıcısının təcəssümü hesab olunurdu./modern.az