Azərbaycan Yazıçılar Birliyi (AYB) sıralarından xaric edilən 30 nəfərin siyahısının ictimaiyyətə açıqlanmamasına aydınlıq gətirib.


 


Sfera.az bildirir ki, qurumun mətbuat katibi Xəyal Rza Qaynarinfo-ya açıqlamasında bu qərarın rəhbərlik tərəfindən verildiyini bildirib:


 


"Rəhbərlik belə məsləhət bildi, dedi ki, qurumdan çıxarılan üzvlərin siyahısını yaymayın. Məsləhət olmadı, siyahıda tanınmış yazıçı və şairlər yoxdur".


 


Qeyd edək ki, bu gün AYB sıralarından 30-a yaxın üzv xaric edilib. Buna səbəb uzun illərdir üzvü olduğu qurumun üzvlük haqqını verməmələridir.