Bakı-Quba avtomobil yolunda qəzada həlak olan bacı-qardaş dəfn edildi. 


 


Sfera.az Sumqayit24.az-a istinadən xəbər verir ki,  fevralın 1-i saat 21:00 radələrində "Chevrolet" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.


 


Nəticədə minik avtomobilində olan sərnişinlər – sürücünün qohumları, 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.