Kriştiano Ronaldonun gələcəyi yenidən futbol gündəminin əsas mövzularından birinə çevrilib.


 


Sfera.az xəbər verir ki, portuqaliyalı ulduzun keçmiş komanda yoldaşı onun karyerası ilə bağlı diqqətçəkən açıqlama verib. Bildirilir ki, 40 yaşlı futbolçu “Əl-Nəsr”dəki mövcud vəziyyətdən narazıdır və klubun sahibi olan Dövlət İnvestisiya Fondunun (PIF) digər komandalarına daha çox üstünlük verməsi Ronaldonu düşündürür.


 


Karyerasını bitirməzdən əvvəl 1000 qol həddinə çatmağı qarşısına məqsəd qoyan ulduz futbolçunun yaxın aylarda yeni transfer variantlarını nəzərdən keçirə biləcəyi, hətta “Mançester Yunayted”ə üçüncü qayıdış ehtimalının gündəmə gəldiyi qeyd olunur.


 


Niyaz Hacıyev


Sfera.az