Leobank Wolt çatdırılma xidməti ilə birgə kampaniyaya start verib. Kampaniya çərçivəsində müştərilər ödənişsiz Wolt+ abunəliyi əldə edə bilərlər. Şərtlər və qaydalar kartın növündən və müştəri statusundan asılı olaraq dəyişir.


 


Leobank VIP müştəriləri üçün ödənişsiz Wolt+ abunəliyi




Leo Prime kart sahibləri kampaniya çərçivəsində 12 aylıq ödənişsiz Wolt+ abunəliyi əldə edə bilərlər. Bu abunəlik müştərinin Leobank tətbiqində aldığı şəxsi link vasitəsilə aktivləşdirilir.


 


Digər Leobank müştəriləri üçün ödənişsiz "Wolt" + abunəliyi




Leo Black və Leo Uşaq kartı sahibləri ödənişsiz 3 aylıq Wolt+ abunəliyi əldə edə bilərlər.




Kampaniyada iştirak etmək üçün müştərilər Leobank tətbiqində təqdim olunan sadə bir tapşırığı yerinə yetirməlidirlər. Tamamlandıqdan sonra 3 aylıq Wolt+ abunəliyini aktivləşdirmək üçün promokod alırlar.




Kampaniyanın vacib şərtləri




Promokod yalnız aktiv Wolt+ abunəliyi olmayan və son 60 gündə abunə olmayan istifadəçilər üçün keçərlidir.




"Wolt" + abunəliyi istifadəçilərə aşağıdakıları təqdim edir:




seçilmiş mağaza və restoranlardan sifarişlərdə 0 AZN çatdırılma haqqı;

Wolt tətbiqində əlavə endirimlər və bonuslar;

abunəçilər üçün eksklüziv şərtlər.


 


Kampaniyaya Leobank müştəriləri üçün mobil tətbiq vasitəsilə əlçatandır.