SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası təmin olunub. “Elektron ipoteka və kredit zəmanət” sistemində digər elektron imza vasitələri ilə yanaşı (“ASAN İmza”, “SİMA Token” (elektron imza), BSXM imza) “SİMA İmza” rəqəmsal imzanın da tətbiqi mümkün olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Fonddan məlumat verilib. Məlumata əsasən, sözügedən yenilik İpoteka və Kredit Zəmanət Fondunun “AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
İstifadəçilər mobil tətbiqi vasitəsilə əldə edilən yeni nəsil rəqəmsal imzadan ödənişsiz istifadə edə biləcəklər.
Bəsti Rəfizadə
Sfera.az