Kriştiano Ronaldo Portuqaliyaya qayıtmaqdan imtina etsə də, yanvar transfer pəncərəsindəki narazılıqlara baxmayaraq, “Əl-Nəsr”də normal məşqlərini davam etdirir.
Sfera.az xəbər verir ki, portuqaliyalı əfsanə klubun transfer fəaliyyətinin olmaması və Kərim Benzemanın “Əl-Hilal”a transferi ilə bağlı yaranan mübahisələrə görə qəzəblənsə də, MLS və ya Avropada növbəti addımını atmaq istədiyi üçün vətəninə qayıtmaqdan imtina edib.
Qeyd edək ki, Kriştiano Ronaldo Ər-Riyadı tərk etməyərək, tətil xəbərlərini də təkzib edib.
Niyaz Hacıyev
Sfera.az