“Newell's Old Boys” klubunun vitse-prezidenti Xuan Manuel Medina Lionel Messinin 2027-ci ildə komandaya transfer olunması üçün çalışdıqlarını bildirib. 


 


Sfera.az xəbər verir ki, onun sözlərinə görə, hazırda “İnter Mayami”nin formasını geyinən dünya ulduzu Argentina futbolu üçün nəzərdə tutulan yeni layihənin əsas siması kimi nəzərdən keçirilir.




Medina bildirib ki, Messi futbol karyerasına ilk addımlarını məhz “Newell's Old Boys”un gənclər komandasında atıb və klub onu “Rosario şəhəri layihəsi” çərçivəsində yenidən doğma komandaya qaytarmaq istəyir. Klub rəhbərliyi bu transferin həm idman, həm də sosial baxımdan Argentina futboluna böyük töhfə verəcəyinə inanır.


 


Niyaz Hacıyev

Sfera.az