Yeni il gecəsi yayımlanan “İbo Şou” proqramında qonaq olaraq iştirak edən və İbrahim Tatlısəslə 25 illik küsülülüyünə son qoyan Asena barışıq prosesi ilə bağlı ilk dəfə açıqlama verib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, Asena mətbuat nümayəndələrinin suallarını cavablandırıb.


 


İllər sonra İbrahim Tatlısəslə eyni proqramda yer almaq qərarının arxasında emosional bir hesablaşma olduğunu bildirən sənətçi hisslərini belə ifadə edib:




“Hiss etdiklərim aramızda qalsın. Orada görünməyimin səbəbi yükümdən qurtulmaq idi. Hesablaşmaq istədim. Heç kimə əsəbiləşmirəm və heç kimlə rəqabət aparmıram”.




Asena karyerası ilə bağlı da xoş xəbərlər verərək yaxın dövrdə yeni layihələrin yolda olduğunu bildirib. “Çoxlu sürprizlərim var. İnanılmaz dərəcədə həyəcanlıyam. Allaha şükür ki, hazırda çox yaxşı əhval-ruhiyyədəyəm”, - deyə o qeyd edib.


 


Yeni il gecəsi proqramından sonra sosial mediada yayılan əyləncəli videolara da toxunan Asena bu paylaşımların onu güldürdüyünü deyib.




Fidan Hacızadə

Sfera.az