Uzun müddətdir regionda müşahidə olunan geosiyasi gərginlik fonunda İran İslam Respublikası vətəndaşlarının Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayış icazəsi almaq üçün müraciətlər edib-etmədiyi maraq doğurub.
Mövzu ilə bağlı Sfera.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, belə müraciətlər qeydə alınıb.
Qurumdan verilən məlumata görə, ötən ilin dekabr ayı ərzində İran İslam Respublikası da daxil olmaqla, 87 ölkənin vətəndaşları tərəfindən müvəqqəti yaşama icazəsinin alınması və ya müddətinin uzadılması ilə bağlı 6 819 müraciət daxil olub.
Eyni dövrdə 17 ölkənin vətəndaşları tərəfindən daimi yaşama icazəsinin alınması və ya uzadılması məqsədilə 460 müraciət qeydə alınıb.
Fidan Hacızadə
Sfera.az