Gələn ay 35 yaşı tamam olacaq Dünya Kubokunun qalibi N’Qolo Kante daha əvvəl İstanbula köçməyə yaxın olsa da, transfer inzibati xəta səbəbindən baş tutmamışdı.
Sfera.az xəbər verir ki, bu dəfə isə keçid rəsmiləşdirilib.
Kantenin “Fənərbaxça” ilə müqaviləsinin müddəti açıqlanmayıb. “Fənərbaxça”nın prezidenti Sadettin Saran transferi rəsmi şəkildə təsdiqləyərək bildirib:
“Klubumuz dünya futbolunun görkəmli simalarından biri olan N’Golo Kantenin transferini uğurla başa çatdırıb”.
Xatırladaq ki, 19 qat Türkiyə çempionu olan “Fənərbaxça” qış transfer pəncərəsi dövründə Kantenin Fransa millisindən olan həmkarı Matteo Genduzi ilə də müqavilə imzalayıb. İstanbul təmsilçisi hazırda liqa çempionluğu uğrunda mübarizədə “Qalatasaray”dan üç xal geri qalır və ayın sonunda Avropa Liqasının pley-off mərhələsində İngiltərənin “Nottingem Forest” klubu ilə üz-üzə gələcək.
Niyaz Hacıyev
Sfera.az