İranda 28 dekabr tarixində başlayan və sonradan hökumət əleyhinə aksiyalara çevrilən etirazlarda ölənlərin sayı 6 min 872-yə yüksəlib.
Sfera.az xəbər verir ki, ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, etirazlar zamanı həyatını itirənlərin 6 min 443-ü etirazçı olub.
Ölənlər arasında 18 yaşdan aşağı 156 nəfərin olduğu bildirilib.
Hökumətlə əlaqəli qüvvələrdən 214 nəfərin, etirazlarda iştirak etməyən mülki şəxslərdən isə 59 nəfərin öldüyü qeyd olunur. Bundan əlavə, 11 min 280 hadisə üzrə araşdırmaların hələ də davam etdiyi açıqlanıb.
HRANA-nın məlumatında vurğulanıb ki, etirazlar zamanı yaralananların sayı 11 min 21-ə, saxlanılanların ümumi sayı isə 50 min 553 nəfərə çatıb.
Bəsti Rəfizadə
Sfera.az