Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.


 


Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.


 


Məlumata görə, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.