Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.


 


Sfera.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.


 


“Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. “Turan Tovuz” isə “Kəpəz”i qəbul edəcək.


 


Xatırladaq ki, ötən gün keçirilən “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunlarında qalib müəyyənləşməyib – 0:0.


 


Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

5 fevral


 


“Şamaxı” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.

Şamaxı şəhər stadionu, 14:30.


 


“Turan Tovuz” – “Kəpəz”

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.

Tovuz şəhər stadionu, 19:00.