İngiltərə Liqa Kubokunun yarımfinalının ikinci oyununda "Mançester Siti" evdə "Nyukasl" komandası ilə qarşılaşıb və 3-1 hesabı ilə qalib gəlib.
Sfera.az xəbər verir ki, Matç Mançesterdəki "Etihad" stadionunda baş tutub. Qələbə qollarını Omar Marmouche (7 və 29-cu dəqiqə) və Tijani Reynders (32) vurub. Nyukaslın yeganə qolunu isə Entoni Elanga (62) vurub.
Qeyd edək ki, ilk oyunda “Mançester Siti” səfərdə 2-0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, finalda "Mançester Siti" turnirdə iki oyunda 3-2 və 1-0 hesabı ilə qalib gələn "Arsenal" ilə üz-üzə gələcək. Kubok matçı 22 martda Londondakı "Uembli" stadionunda keçiriləcək.
Xatırladaq ki, İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Nyukasl ötən il ilk dəfə kuboku qazanıb. Turnirdə qələbə sayına görə lider “Liverpul”dur. Onlar kuboku 10 dəfə qaldırıb. “Arsenal” iki, “Mançester Siti” isə səkkiz dəfə Liqa Kubokunun qalibi olub. Niyaz Hacıyev Sfera.az