Beynəlxalq Olimpiya Komitəsi (BOK) iqlim dəyişikliyi səbəbindən 2030-cu il Qış Olimpiya Oyunlarının bir ay təxirə salınmasını müzakirə edir.


 


Sfera.az xəbər verir ki, bu barədə BOK-un prezidenti Kirsti Koventri açıqlama verib. “Kyodo” xəbər agentliyinin məlumatına görə, Olimpiadanın yanvar ayına, Paralimpiya Oyunlarının isə fevral ayına keçirilməsi nəzərdən keçirilir.


 


Koventri bildirib: "Tarixləri tənzimləməyi düşünməli ola bilərik. Paralimpiya Oyunları hazırda mart ayındadır və variantlardan biri onları başqa vaxta keçirməkdir. Bütün bu fikirlər qeydə alınıb və nəzərə alınıb." İdman proqramlarının nəzərdən keçirilməsinə nəzarət edən BOK üzvü Karl Stoss əlavə edib ki, Yay Olimpiya Oyunlarından bəzi idman növləri Qış proqramına keçirilməsi mümkündür. Qeyd edək ki, 2030-cu il Qış Oyunları Fransa Alp dağlarında təşkil olunacaq.


 


Niyaz Hacıyev


Sfera.az