Futbol Assosiasiyası (FA) şənbə günü Stamford Bridcdə keçirilən London derbisində baş verən kütləvi dava ilə bağlı həm “Çelsi”, həm də “Vest Hem”ə rəsmi ittiham irəli sürüb.


 


Sfera.az xəbər verir ki, oyun 3-2 hesablı “Çelsi” qələbəsi ilə yekunlaşsa da, əlavə vaxtda yaşanan xaos diqqət çəkib. "Çelsi" müdafiəçisi Jan-Kler Todibo rəqib oyunçunun boğazını tutarkən yaxalanaraq qırmızı vərəqə alıb və meydandan kənarlaşdırılıb.


 


FA hər iki klubun oyun zamanı oyunçularını idarə edə bilməməsi səbəbindən ciddi cərimələr tətbiq edə biləcəyini açıqlayıb.


 


Niyaz Hacıyev


Sfera.az