Lənkəran rayonunda ev yanıb. 


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb.


 


Belə ki, Əkbərov Emil Zeynal oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində qəfil yanğın başlayıb. 


 


Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.


 


Faktla bağlı araşdırma aparılır.