Ser Devid Bekhemin gələcəkdə “Mançester Yunayted” klubunun sahibi olmasına dəstək artır.
Sfera.az xəbər verir ki, klubun sabiq müdafiəçisi Ues Braun “Qırmızı Şeytanlar”ın keçmiş ulduzunu “Old Trafford”da görməyin “xəyalın gerçəkləşməsi” olacağını bildirib.
Qeyd edək ki, hazırda Bekhem MLS Kubokunun qalibi Lionel Messi ilə birgə “İnter Mayami”də fəaliyyət göstərir. O, həmçinin İngiltərədə İkinci Liqaya yüksəlməyi hədəfləyən “Salford Siti” klubunun layihəsində də yer alır. Braunun fikrincə, Bekhemin futbol təcrübəsi və idarəçilik baxışı “Mançester Yunayted” üçün mühüm üstünlük ola bilər.
Niyaz Hacıyev
Sfera.az