Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü.


 


Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Samux küçəsi ərazisində yerləşən çörək zavodunda baş verib.


 


1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib.


 


İlkin müayinə zamanı onun ürək tutmasından öldüyü məlum olub.


 


Faktla bağlı araşdırma aparılır.