Məşhur dizayner Karl Lagerfeldin sevimli pişiyi Şupet (Choupette) onun 200 milyon avroluq mirası ilə bağlı məhkəmə çəkişməsinin mərkəzinə düşüb.
Sfera.az xəbər verir ki, Lagerfeldin 2016-cı ildə təsdiqlənmiş vəsiyyətnaməsi dizaynerin qohumları tərəfindən məhkəmədə mübahisələndirilir. İddia qəbul edilərsə, pişik Şupetə ayrılmış ömürlük maliyyə təminatı ləğv oluna bilər.
2019-cu ildə 85 yaşında vəfat edən Lagerfeld sərvətini şəxsi köməkçisi Sebastyan Jondeauya, xaç oğlu Hudson Kroeniqə, modellər Bred Kroeniq və Baptiste Giabiconiyə, həmçinin sevimli pişiyinə vəsiyyət etmişdi. Ailə üzvlərinə isə pay düşməmişdi.
İndi dizaynerin bacı və qardaşlarının övladları mirasdan pay tələb edir. Fransanın miras qanunvericiliyinə əsasən vəsiyyətnamə ləğv olunarsa, əmlak qan qohumları arasında bölüşdürülə bilər.
Lüks həyatı ilə tanınan Şupetin gələcək taleyi məhkəmənin qərarından asılı olacaq.
Aynil