Roma şəhərindəki “San Lorenzo in Lucina” bazilikasında aparılan bərpa işləri gözlənilməz qalmaqala səbəb olub. Bərpadan sonra ortaya çıxan mələk fiqurunun İtaliya Baş naziri Giorgia Meloniyə bənzədilməsi ölkə miqyasında ajiotaj yaradıb.


 


Sfera.az xəbər verir ki, məsələ ilə bağlı araşdırma başladıldıqdan sonra sözügedən freska bazilikadan çıxarılıb.


 


Mübahisəli freska 31 yanvarda “La Repubblica” qəzetində dərc olunan məqalədən sonra geniş müzakirələrə səbəb olub. İtaliya Mədəniyyət Nazirliyi və bazilika rəhbərliyi bərpa prosesini araşdırıb. Baş nazir Meloni isə sosial şəbəkədə “Mən mələyə bənzəmirəm” paylaşımı ilə məsələyə reaksiya verib.


 


Bazilikaya cavabdeh olan ruhanilər üz ifadəsinin bərpadan sonra dəyişdirildiyini təsdiqləyiblər. İtaliya mediası isə bərpadan əvvəl və sonrakı görüntülər arasında ciddi fərqlər olduğunu bildirib.


 


Freskanın yerinə nə ediləcəyi hələlik açıqlanmayıb.


 


Aynil