“Time” jurnalı "Ayətullahdan Sonra" adlı üz qapağı ilə nəşr olunub. İranın dini lideri Ayətullah Əli Xameneinin arxası çevrilmiş şəkildə təsvir olunduğu üz qapağında ölkədəki etirazlar və gərginlik təsvir olunub. 


 


Sfera.az bildirir ki, “Time” jurnalının"Ayətullahdan Sonra" adlı üz qapağı müzakirə mövzusuna çevrilib. Jurnalın daha əvvəl Səddam Hüseyn və Müəmmər Qəddafinin ölümlərindən əvvəl də eyni başlıqlı üz qapaqları dərc etdiyi məlum olub. Bu üz qapaqları yenidən müzakirə mövzusuna çevrilsə də, Ayətullah üz qapağı bir sıra suallar doğurub.


 


Eden Rodrigezin müəllifi olduğu üz qapağında Ayətullah Xameneinin arxası çevrilmiş şəkildə təsvir olunub. Əsasən qırmızı tonlarda olan rəsm qəzəbli İran xalqını göstərir, arxa plandakı tüstü təsviri isə ölkədəki gərginliyi əks etdirir. 


 


Jurnal Səddam Hüseyn və Qəddafinin ölümündən əvvəl də oxşar bir başlıqdan istifadə edib. "Səddamdan sonrakı həyat" və "Qəddafidən sonrakı dünya" üz qabıqlarından qısa müddət sonra hər iki şəxs edam edilib.


 


Bu üz qabıqları "Xamneyi edam olunacaqmı?" sualını ortaya çıxarıb.


 


Ayətullah üz qabığını dizayn edən Edeler Rodrigez bildirib ki, "8 yanvarda Tehran küçələrində İran hökumətinə qarşı etirazlar artdıqca hakimiyyət interneti bağladı və təhlükəsizlik qüvvələrinə müdaxilə etməyi əmr etdi. Bunun ardınca İkinci Dünya Müharibəsindən bəri odlu silahlarla həyata keçirilən ən şiddətli mülki qırğınlardan biri baş verib. Bu sayda vətənlərinə qayıtmaq istəyən beş İran yazıçısı ölkənin vəziyyəti haqqında yazıblar." Bu arada, “X” istifadəçiləri Epşteyn qalmaqalına toxunmadığı üçün Time jurnalına mənfi reaksiya verib.


 


Aynil