Dünyanın ən bahalı reklam çarxı aktrisa Nikol Kidmanın rol aldığı “Chanel №5” reklamı hesab olunur.


 


Sfera.az xəbər verir ki, 2004-cü ildə çəkilən və 44 milyon dollara başa gələn bu reklam Ginnesin Rekordlar Kitabına daxil edilib. Çarxın rejissoru “Böyük Qetsbi” filminin müəllifi Baz Lurmann olub, çəkilişlər isə Sidneydə aparılıb.


 


3,5 dəqiqəlik mini-filmdə Kidman qırmızı xalçadan qaçan məşhur qadını canlandırır və sirli bir kişi ilə qısa, lakin unudulmaz sevgi hekayəsi yaşayır. Reklam dörd gün ərzində çəkilib, Kidman bu layihədən 4 milyon dollar qonorar alıb.


 


Maraqlıdır ki, reklamın hər dəqiqəsi təxminən 11 milyon dollara başa gəlib. Çarx əvvəlcə televiziya deyil, ABŞ və bir sıra Avropa ölkələrinin kinoteatrlarında nümayiş etdirilib.


 


Qeyd edək ki, artıq 22 ildir heç bir reklam bu rekordu qıra bilməyib.


 


Aynil