Kreml amerikalı maliyyəçi Ceffri Epşteyndən Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün heç bir təklif almayıb.


 


Sfera.az  xəbər verir ki, mətbuat katibi Dmitri Peskov RTVI-nin bu məsələ ilə bağlı sualına cavab olaraq bildirib: "Xeyr".


 


Daha əvvəl mediada yanvar ayının sonlarında dərc olunmuş sənədlərdə məşhur amerikalı maliyyəçi Epşteynin Putinlə görüşmək istədiyi aşkarlandığı bildirilirdi. İllər ərzində Avropa Şurasının o vaxtkı baş katibi Torbyorn Yaqlandla yazışmalarında Epşteyn dəfələrlə Rusiya Prezidenti ilə görüşmək istəyini bildirib./yenisabah