Azərbaycanda 19 mart qısaldılmış iş günüdür.




Sfera.az xəbər verir ki, 20 - 24 mart Novruz bayramı, 20 - 21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.




Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.




Bu səbəbdən dövlət və özəl müəssisələrdə 19 martda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq./oxu24.com