“Teleqram”da mesajlarla bağlı məlumatların üçüncü tərəflərlə paylaşılmasındansa, tətbiqin bağlanmasını üstün tutaram”.
Sfera.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu “Teleqram”ın qurucusu Pavel Durov deyib.
O, şəbəkənin fəaliyyət göstərdiyi müddətdə əsla məlumatları üçüncü tərəflərlə paylaşmadığını bildirib.
Qeyd edək ki, Pavel Durov bundan öncə “Vatsap” tətbiqinin etibarsız çat platforması olduğunu söyləmişdi.