Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. 


 


Sfera.az Milli.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi lisey 2014-cü il sentyabrın 15-də fəaliyyətə başlayıb.


 


Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.


 


Mönsüm Alışov 1954-cü il iyulun 05-də Qubadlı rayonunun Çərəli kandində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.


 


2002-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Attestasiyasında "Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması" mövzusunda namizədlik  dissertasiyasını müdafıə edib.


 


2014-cü ildə Bakı şəhərində, Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiyasında "Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi" mövzusunda doktorluq  dissertasiyasını müdafıə edib.

Pedoqoji elmlər doktoru, professordur.


 


2013- ci ildən hal-hazıra kimi İdrak liseyinin təsisçisi və tədris işləri üzrə baş məsləhətci işləyir.


 


Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.