Bəzi bürclər sevgi münasibətlərində daha sabit, daha uzunömürlü və emosional baxımdan daha uğurlu olurlar. Bunun əsas səbəbi onların xarakter xüsusiyyətlərinin münasibətlərə uyğun olmasıdır.
Sfera.az sevgi həyatında uğurlu olan bürcləri təqdim edir:
Buğa
Buğa bürcü sevgi həyatında ən etibarlı və sadiq bürclərdən biri hesab olunur. Buğalar münasibətə tələsik girmir, amma girdikdən sonra onu qorumaq üçün hər şeyi edirlər. Onlar maddi və emosional təhlükəsizlik yaratdıqları üçün uzunmüddətli münasibətlərdə uğur qazanırlar.
Xərçəng
Xərçəng bürcü ailə və sevgi yönümlü olduğu üçün münasibətlərdə emosional bağlılığı yüksək olur. Empati qabiliyyəti yüksək olan insanların münasibətləri daha uzunömürlü olur və Xərçənglər bu xüsusiyyətə görə ön plana çıxır.
Tərəzi
Tərəzi bürcü münasibətlərin balansını qorumaqda ustadır. Konfliktləri yumşaq şəkildə həll etmə bacarığı, qarşı tərəfi dinləmək istəyi və romantik yanaşması Tərəziləri sevgi həyatında uğurlu edir. Statistik olaraq Tərəzilərin evlilik qərarları daha düşünülmüş olur.
Şir
Şir bürcü sevgi münasibətlərində verici və qoruyucu tərəfi ilə seçilir. Münasibətdə özünü dəyərli hiss etdirən tərəf sevginin davamlılığını artırır. Şirlər partnyorlarına dəyər verdiklərini açıq şəkildə göstərdikləri üçün münasibətlərdə güclü bağ yaradırlar.
Oğlaq
Oğlaq bürcü sevgi məsələlərinə realist yanaşır. Onlar üçün münasibət sadəcə hiss deyil, eyni zamanda məsuliyyətdir. Bu yanaşma uzunmüddətli və sabit münasibətlərin formalaşmasına səbəb olur. Oğlaqların boşanma nisbətinin daha aşağı olduğu bildirilir.
Fidan Hacızadə
Sfera.az