“Məhkəmə qərarından sonra “Liverpul” yeniyetmə futbolçu Rio Nqumoha üçün “Çelsi”yə ödəməli olduğu məbləği açıqlayıb.
Sfera.az xəbər verir ki, 17 yaşlı futbolçunun 2024-cü ildə “Çelsi”nin akademiyasından “Liverpul”a keçməsindən sonra mersisaydlı klub 2,8 milyon funt sterlinq məbləğində ödəniş etməlidir. Məhkəmənin qərarına əsasən, bu məbləğ gələcəkdə əlavə şərtlər daxilində daha 4 milyon funt sterlinq arta bilər.
Qeyd edək ki, ödənişin yekun məbləği Peşəkar Futbol Kompensasiya Komitəsi tərəfindən müəyyən edilib və bu qərar hər iki klub üçün müzakirə predmeti deyil.
Niyaz Hacıyev
Sfera.az