Yeddi illik fasilədən sonra İstanbulda səhnəyə qayıdan Meqastar Tarkanın verdiyi konsertlər böyük maraqla qarşılanıb. 




Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin İstanbulda təşkil olunan və tam satılan 10 konsertdən ibarət seriyası başa çatıb.


 


Ardıcıl keçirilən konsertlərdə minlərlə pərəstişkarı ilə görüşən Tarkanın bütün çıxışlarına biletlər rekord sürətlə satılıb. Konsertlər həm təşkilatçılıq, həm də tamaşaçı marağı baxımından yüksək qiymətləndirilib.




Konsert seriyasının bəzi gecələrində məşhur simalar da səhnəyə çıxıb. Tarkan Cem Yılmaz, Sibel Can, Ata Demirer və Ajda Pekkanı qonaq edərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Eyni zamanda, zalda olan sənətçi dostlarını da xüsusi olaraq salamlayıb. Pərdəarxası məlumatlara görə, Tarkanın İstanbulda verdiyi bu 10 konsertdən təxminən 500 milyon TL (təqribən 19,5 milyon manat) gəlir əldə etdiyi iddia olunur. Qeyd olunan məbləğlə bağlı hələlik rəsmi açıqlama verilməsə də, yayılan rəqəmlər sosial mediada və şou-biznes gündəmində geniş müzakirələrə səbəb olub.




Meqastarın konsert seriyası həm musiqi, həm də kommersiya baxımından son illərin ən uğurlu layihələrindən biri kimi dəyərləndirilir. 


 


Fidan Hacızadə

Sfera.az