Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu “Ayrı düşdük” mahnısı oğurlanıb. 


 


Sfera.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında paylaşım edib.


 


O bildirib ki, Keti Xuçişvili adlı gürcü müğənni mahnını oxuyub və müəllifin kimliyini qeyd etməyib.


 


“Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir”, - Xalq artisti bildirib.


 


Qeyd edək ki, bundan əvvəl B.Dadaşovanın mahnıları dəfələrlə erməni ifaçılar tərəfindən oğurlanıb.