Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqası tərəfindən davranışına görə ictimai xəbərdarlıq alıb.


 


Sfera.az xəbər verir ki, portuqaliyalı ulduz “Əl-Nəsr”in ünvanına səsləndirdiyi kəskin etirazlar və şəxsi narazılıqlarını açıq şəkildə ifadə etdikdən sonra cəzalandırılıb. Məlumata görə, Ronaldo Yaxın Şərqdə transfer vəsaitlərinin bölüşdürülməsindən narazı qalıb və bu səbəbdən komandaya qarşı etiraz xarakterli addım ataraq “Əl-Nəsr”in son oyununda iştirak etməyib. Liqa rəhbərliyi isə futbolçunun davranışını intizam qaydalarının pozulması kimi qiymətləndirib.


 


Qeyd edək ki, transfer şayiələrinin yenidən gündəmə gəlməsi fonunda Ronaldoya Səudiyyə Ərəbistanında mövcud qaydalar və öhdəliklər bir daha xatırladılıb. Nəticədə “CR7” növbəti oyunu da buraxmalı olacaq.


 


Niyaz Hacıyev


Sfera.az