“Çelsi”nin sabiq futbolçusu Pat Nevin “Stemford Bric”dəki çətin başlanğıcdan sonra Alejandro Qarnaçonun karyerasının risk altında ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.


 


Sfera.az xəbər verir ki, onun sözlərinə görə, argentinalı cinah oyunçusu meydanda lazımi cavabı verməzsə, mövsüm “çox çirkin” məcraya yönələ bilər.




Nevin bildirib ki, “Çelsi” azarkeşləri artıq yay transfer pəncərəsində “Mançester Yunayted”dən heyətə qatılan Qarnaçonu eyni mövqedə çıxış edən Noni Madueke ilə dəyişmək qərarını sual altına almağa başlayıblar. Klub əfsanəsi bu narazılığın oyunçunun üzərində əlavə təzyiq yaratdığını vurğulayıb.


 


Pat Nevin Qarnaçoya meydandakı performansına fokuslanmağı, kənar səs-küyə reaksiya verməməyi və tənqidlərə səbrlə yanaşmağı tövsiyə edib. Onun fikrincə, yalnız stabil oyun və zəhmətkeşlik gənc futbolçunun “Çelsi”də özünü sübut etməsinə imkan verə bilər.


 


Niyaz Hacıyev

Sfera.az