Hollandiya futbolunun əfsanəvi simalarından biri olan Ruud Qullit Coşua Zirkzeeni “Mançester Yunayted”də yaşadığı çətin dövrə son qoymağa və karyerasını xilas etmək üçün İtaliyaya qayıtmağa çağırıb.
Sfera.az xəbər verir ki, Qullitin fikrincə, 24 yaşlı hücumçunun “Old Trafford”a transferi klubdakı “pis enerji” fonunda böyük səhv olub. Əfsanəvi futbolçu hesab edir ki, mövcud vəziyyət Zirkzeenin potensialını üzə çıxarmasına mane olur. Yay transfer pəncərəsində “Roma”ya mümkün keçidi ilə bağlı yayılan şayiələr fonunda Qullit vurğulayıb ki, Serie A Zirkzee-nin yenidən inkişaf edə və real performans göstərə biləcəyi yeganə liqadır. Onun sözlərinə görə, İtaliya futbolu gənc hücumçunun oyun üslubuna daha uyğun mühit təqdim edir.
Niyaz Hacıyev
Sfera.az