“Eşref Rüyada” serialında Hıdır obrazı ilə tanınan məşhur aktyor Levent Özdilek İstanbulun Bebek səmtində Gürcüstan vətəndaşı olan azərbaycanlı aktrisa Sevinc Məmmədova ilə görüntülənib.
Sfera.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktyor bildirib ki, Sevinc Məmmədova Türkiyəyə beynəlxalq bir layihə çərçivəsində gəlib:
“Xanım gürcü (Gürcüstan vətəndaşı - red.) sənətçidir. Türkiyəyə beynəlxalq bir layihə çərçivəsində gəlib”, - deyə aktyor qeyd edib.
Levent Özdilek Bebekdəki görüntüləri zamanı sakit və təmkinli davranışı ilə də diqqət çəkib.
Fidan Hacızadə
Sfera.az