Sumqayıtda ailədaxili münaqişə qanla nəticələnib.


 


Sfera.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 40-cı məhəlləsində ağır məişət hadisəsi baş verib.


 


Şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya kəsici alətlə xəsarət yetirib.


 


Məlumata görə, insident şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Yaralı qadın dərhal tibb müəssisəsinə yerləşdirilib.


 


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, hadisənin dəqiq səbəbləri araşdırılır./teleqrraf