İranda ət sosial media üzərindən kreditlə satılır.


 


Sfera az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran” məlumat yayıb.


Bildirilib ki, İranda media orqanları insanların alıcılıq qabiliyyətinin azalmasından sonra sosial mediada ətin hissəli ödənişlə satışı barədə məlumat verirlər:


 


"Ölkədə güzəştli valyutanın ləğvi və ətin qiymətinin kəskin bahalaşmasından sonra bu məhsulun hissə-hissə satışı sosial mediada populyarlaşıb və bəzi reklamlarda ətin dəyərinin yarısı əvvəlcədən, qalan hissəsi isə iki ay ərzində ödənilməklə satılır”.