“Çelsi”nin əfsanəsi Con Terri “Arsenal”ın oyunçularını Karabao Kubokunun yarımfinalında “Mavilər” üzərində qazandıqları qələbədən sonra sərt tənqid edib.


 


Sfera.az xəbər verir ki, Terri bildirib: “Bu, Çempionlar Liqasının finalı deyil”.


 


Qeyd edək ki, həftənin ortasında Kay Havertz “Emirates”də son dəqiqələrdə vurduğu qol sayəsində “Çelsi” üzərində ümumi hesabla 4-2 qələbə qazanıb və “topçular”ı Uembliyə, finala çıxarmağa nail olub.


 


Mikel Artetanın komandası 2020-ci ildən bəri ilk böyük mükafatını qazanmağı hədəfləyir və finalda “Mançester Siti” ilə qarşılaşacaq.


 


Niyaz Hacıyev


Sfera.az